Rejissor Seyran Mahmudoğlunun “Neftin adamı” qısametrajlı sənədli filmi oktyabrın 1-dən 3-dək Sloveniyanın paytaxtı Lyublyanada keçirilən “Dokubazaar” festivalında iştirak edib. Beynəlxalq sənədli film festivalında Fransa, İran, Rusiya, Yaponiya, İspaniya, İtaliya, Polşa, Almaniya və s. ölkələrdən 40-dan çox ekran əsəri nümayiş olunub. Festival yalnız nümayiş xarakteri daşıyır.
“Od Media-Production”un istehsalı olan “Neftin adamı” sənədli filmi neftlə əsrarəngiz rəsm əsərləri yaradan Sabir Çopuroğluna həsr olunub. Rejissorun bildirdiyinə görə, sənədli film noyabrda Finlandiyada keçiriləcək “Wildlife Vassa” beynəlxalq təbiət filmləri festivalına da dəvət alıb.
Filmin prodüserləri Seyran Mahmudoğlu, Esmira Əyyub, ssenari müəllifi Esmira Əyyub, quruluşçu operatoru Əli Sultanov, səs rejissoru Elşən Aslanovdur.
R.İsayeva