Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi, Sankt-Peterburqdakı A.Vaqanova adına Rus Baleti Akademiyasının pedaqoqu Tatyana Solomyanko Bakı Xoreoqrafiya Akademiyası (BXA) rəhbərliyinin dəvəti ilə akademiyada ustad dərsləri keçirib. 
   T.Solomyanko tələbələrə klassik rəqs sənətinin incəlikləri barədə geniş məlumat verib, onlara müxtəlif xoreoqrafik elementlər və nadir rəqs hərəkətlərini nümayiş etdirib. Eyni zamanda, dərslərdə iştirak edən müəllim heyətinə də öz tövsiyələrini verən qonaq klassik və müasir rəqslərin vəziyyətindən, eləcə də dünyada xoreoqrafiya sahəsində gedən proseslər və yeni cərəyanlar haqqında danışıb. Akademiyanın müəllim və tələbələrinin böyük marağına səbəb olan ustad dərsləri iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. 
   Məlumat üçün bildirək ki, T.Solomyanko A.Y.Vaqanova adına Rus Baleti Akademiyasının (professor İ.B.Zubkovskayanın sinfi) məzunu olub və 2006-cı ildən həmin akademiyada klassik rəqs fənni üzrə müəllim-xoreoqraf kimi çalışır.