Mayın 29-da Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Cümhuriyyət tələbələri" sənədli filminin təqdimatı keçiriləcək.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə "Salnaməfilm" studiyasında çəkilən film Cümhuriyyət hökumətinin təhsil almaq üçün xaricə göndərdiyi tələbələrdən bəhs edir.
Ekran əsərinin rejissoru Tahir Əliyev, ssenari müəllifi Dilqəm Əhməd və Tahir Əliyev, operatoru Əminə Həsənli, baş məsləhətçisi Ramiz Abutalıbov, prodüseri Nazim Hüseynovdur.