Qarşılıqlı mədəniyyət və kino günlərinin təşkili, birgə layihələr barədə fikir mübadiləsi aparılıb
   
   Mədəniyyət naziri Əbülfəs Qarayev mayın 23-də Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Adel İbrahimi ilə görüşüb.
   Görüşdə Azərbaycan və Misir arasında mədəniyyət sahəsi üzrə əməkdaşlığın mövcud səviyyəsindən məmnunluq ifadə edilib. Ötən dövr ərzində keçirilən çoxsaylı mədəniyyət tədbirləri, o cümlədən 2006, 2008 və 2014-cü illərdə Azərbaycanda təşkil olunan Misir mədəniyyəti günləri ölkələrarası əlaqələrin gücləndirilməsi baxımından uğurlu hadisələr kimi qiymətləndirilib. 
   Həmçinin gələcək əməkdaşlıq istiqamətləri, o cümlədən qarşılıqlı mədəniyyət və kino günlərinin təşkili, iki ölkənin mədəniyyət müəssisələri arasında birbaşa əməkdaşlığın təşviqi və birgə layihələr barədə müzakirə aparılıb.
   Nazir Əbülfəs Qarayev mədəniyyət sahəsində həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə söhbət açıb. Misir tərəfi ölkəmizdə keçiriləcək beynəlxalq mədəniyyət tədbirlərində iştirak etməyə dəvət olunub.