Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında Özbəkistan Sənət və Mədəniyyət İnstitutunda Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Əməkdar artist, tarzən Sahib Paşazadənin solo konserti olub.
   Konsertdən əvvəl institutun rektoru, professor İbrahim Yuldaşev iki xalq arasında dostluqdan danışıb, Cümhuriyyətin 100 illiyi münasibətilə xalqımızı təbrik edib. 
   Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Xalq Cümhuriyyətinin tarixindən bəhs edib.
   Konsertdə Sahib Paşazadə Muxtar Əşrəfi adına Özbəkistan Dövlət Konservatoriyasının müəllimi, fortepiano ifaçısı Alfiya Usmanova ilə birgə Azərbaycan və Qərb klassiklərinin əsərlərini, xalq mahnılarımızı səsləndirib və alqışlarla qarşılanıb. 
   Xatırladaq ki, S.Paşazadə 2017-ci ildə Səmərqənddə keçirilən "Şərq təranələri" Beynəlxalq musiqi festivalında Qran-pri mükafatına layiq görülüb.