Mayın 22-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında meksikalı ifaçı Argentina Duranın solo konserti də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib.
   Meksikanın ölkəmizdəki səfirliyi və Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan konsertdən əvvəl musiqiçi haqqında məlumat verilib. Qeyd edilib ki, A.Duran Meksikanın Xalapa şəhərində fortepiano təhsili alıb. CIMI Verakrus orkestrində solist kimi çıxış edib. Sonra Verakrus Universitetinin Musiqi fakültəsinə qəbul edilib. Hazırda fortepiano ixtisası üzrə pedaqoji fəaliyyətlə də məşğul olan A.Duran Meksikanın Milli Konservatoriyasında çalışır.
   Konsertdə A.Duran dünya bəstəkarlarının əsərlərini səsləndirib.