Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xalq çalğı alətləri orkestri Xırdalandakı Mədəniyyət mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə konsert proqramı təqdim edib.
Əvvəlcə Cümhuriyyətə həsr edilən film nümayiş olunub.
Sonra Xalq artisti Alim Qasımov, qızı Əməkdar artist Fərqanə Qasımova, muğam ifaçısı, əməkdar artistlər Ehtiram Hüseynov və Təyyar Bayramov, eləcə də Tural Salmanov, Səməd Xasıyev və digər müğənnilər maraqlı konsert proqramı ilə çıxış ediblər. İfaçıları regional idarənin Xalq çalğı alətləri orkestri müşayiət edib. Orkestrin dirijoru Əməkdar mədəniyyət işçisi Vaqif Süleymanov, xor kollektivinin dirijoru isə Firəngiz Xəlilovadır.