Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İsveçrə yazıçısı Fridrix Dürrenmattın "Fiziklər" komediyası əsasında "Dəlixanada qətl" tamaşası hazırlanıb.
Mayın 26-da yeni tamaşanın premyerası keçirilib.
Səhnə əsəri dünya şöhrətli azərbaycanlı alim, mərhum Lütfi Zadənin xatirəsinə həsr olunub. Əsəri rus dilindən Dilsuz Mustafayev tərcümə edib. İkipərdəli səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı İradə Muradovadır.
Obrazları əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Nofəl Vəliyev, Şövqi Hüseynov, aktyorlar Mehriban Hüseynova, İradə Rəşidova, Şəbnəm Hüseynova, Rəşad Səfərov, Anar Seyfullayev, Aygün Fətullayeva və başqaları canlandırıb.