Xətai Sənət Mərkəzində "Qızıl ay" rəsm dərnəyi üzvlərinin əl işlərinin nümayiş olunduğu "Azad Azərbaycanım" adlı sərgi açılıb.
Mərkəzdən bildirilib ki, sərgi Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycan Xalq Cümhuriyyəti ili" çərçivəsində reallaşıb. Sərginin məqsədi uşaqlarda bədii zövqün formalaşmasını stimullaşdırmaq, yaradıcılıq duyğularını inkişaf etdirmək, doğma elə, Vətənə, onun tarixinə, bu gününə məhəbbət aşılamaqdır.
Sərgidə 40-dan çox məktəblinin əl işləri təqdim olunub.