İyunun 20-dən 23-dək Rusiya Dövlət Akademik Böyük Teatrında Cüzeppe Verdinin "Traviata" əsəri nümayiş etdiriləcək.
Səhnə əsərində Violetta Valeri obrazını Azərbaycanın Xalq artisti Dinara Əliyeva (soprano) ifa edəcək.
Dinara Əliyeva 2009-cu ildən Rusiyada Böyük Teatrın solistidir. O, dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində "GalaVerdi" adlı solo konsertləri böyük uğurla keçib. Azərbaycanlı sənətçi həmçinin Moskvada keçirilən "Opera Art" beynəlxalq musiqi festivalının təşəbbüskarıdır.