Bakı Yunus Əmrə İnstitutu və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə ebru, təzhib və çini kurslarını bitirən tələbələrin sərgisi açılıb.
Bakı Yunus Əmrə İnstitutundan bildirilib ki, sərgidə TİKA-nın sədr müavini Birol Çətin qurumun həyata keçirdiyi təhsil və mədəniyyət layihələri barədə danışıb. Ebru, təzhib və çini kimi ənənəvi sənətlərin yaşadılmasının əhəmiyyətinə toxunan Birol Çətin Azərbaycanda bu cür layihələrin bundan sonra da dəstəkləyəcəklərini bildirib.
Daha sonra ebru, çini və tezhib kursunu bitirən tələbələrə sertifikatlar təqdim olunub.