İyunun 2-də Xətai Sənət Mərkəzində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin 1iyun -Beynəlxalq uşaqları müdafiə gününə həsr olunan rəsm sərgisi açılacaq.
Mərkəzdən bildirilib ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq sərgidə məktəbin 30-dək şagirdinin 80-dən çox rəsm əsərinin nümayişi nəzərdə tutulur.
Sərgi çərçivəsində məktəbin şagirdləri tərəfindən konsert proqramı da təqdim olunacaq.