Dünyanın ən böyük şirin su incisi sayılan 578 karat çəkisində olan "Yatmış aslan" mirvarisi Haaqada hərraca çıxarılıb. Bu mirvarinin unikallığı ondan ibarətdir ki, o, təbiətdə insanın iştirakı olmadan böyüyüb. Mirvarinin sahibi və həmçinin Amsterdam Mirvari Assosiasiyasının sədri olan Herman Dommiss su incisinin satışa çıxarılma səbəbini açıqlayıb.
Herman Dommiss deyib: "Məsələ ondadır ki, bu mirvari şəxsi kolleksiyada saxlanılır. Amma mən düşünürəm ki, bu mirvari təbiətin bir parçasıdır və ona görə də bu xəzinə muzeydə nümayiş olunmalıdır".
Mütəxəssislər hesab edirlər ki, "Yatmış aslan" mirvarisi Çində tapılıb və bir vaxtlar Rusiya çarı II Yekaterinaya məxsus olub. Hərracın təşkilatçıları təbiətin bu nadir incisinin ən azı 500 min avroya satılacağına ümid edirlər.
İlona