Batika üsulu ilə işlənmiş geyimlər nümayiş edilib
Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Sumqayıt şəhər Poeziya evində modelyer-rəssam Günel Hüseynovanın “Hər uşaq bir çiçəkdir” adlı fərdi sərgisi keçirilib.
Sərgidə ilk dəfə olaraq batika üsulu ilə işlənmiş uşaq geyimləri və müəllifin 3D formatda işlədiyi əsərlər təqdim olunub.
Qalereyanın direktoru Ellada Həsənova və digə çıxış edənlər müəllifi və fidanları təbrik edib, uğurlar arzulayıblar. Gənc ifaçıların mahnı sovqatı tədbiri daha da rövnəqləndirib.
Tədbirdə iştirak edən uşaqlar Sumqayıt Regional Mədəniyyət İdarəsi tərəfindən fəxri fərmanla təltif olunub.