Qusar Dövlət Rəsm Qalereyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rayon məktəblilərinin rəsm işlərindən ibarət sərgi keçirilib.
Qalereyanın bələdçisi Cəmilə Hacıyeva Cümhuriyyətin tarixindən söz açıb, qonaqları ekspozisiya ilə yaxından tanış edib.
40-dan çox əl işinin nümayiş olunduğu sərgi 10 iyun tarixinədək davam edəcək.
* * *
Lerik Dövlət Rəsm Qalereyası da Respublika Günü münasibətilə uşaqların əl işlərindən ibarət sərgi təşkil edib. Mədəniyyət mərkəzi, Uşaq musiqi məktəbi, Uzunömürlülər muzeyi, Tarix-diyarşünaslıq muzeyi və MKS ilə birgə reallaşan sərgi əvvəl qalereyanın salonunda, Mədəniyyət mərkəzinin foyesində, sonra isə ümumrayon tədbirində açıq səma altında nümayiş olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun idarə-müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri sərgi ilə tanış olublar.