Van Qoqun əsəri 7 milyon avroya satılıb

Məşhur holland rəssamı Vinsent Van Qoqun (1853-1890) “Qum təpələrində tor toxuyan qadınlar” adlı tablosu “Arturial” hərrac evində (Paris) 7 milyon avroya satılıb.

Van Qoqun 28 yaşında Hollandiyada çəkildiyi “Qum təpələrində tor toxuyan qadınlar” tablosu onun son 20 ildə hərraca çıxarılan ilk əsəridir. Rəsmin hərrac qiyməti 3-5 milyon avroya müəyyən edilmişdi.

İLONA