Prezident İlham Əliyev iyunun 7-də Xalq artisti, kinorejissor Oqtay Mirəsədulla oğlu Mirqasımovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 74 yaşı tamam olan tanınmış rejissor Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə təltif edilib.