İyunun 8-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino xadimi, Xalq artisti Sofa Bəsirzadənin 100 illiyinə həsr edilən tədbir keçiriləcək.
Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı və Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə reallaşacaq tədbirdə aktrisanın milli teatr və kino sənətinin inkişafında xidmətlərindən danışılacaq, rol aldığı səhnə və ekran əsərləri əsasında fotosərgi nümayiş olunacaq. Sənət dostları Sofa Bəsirzadə haqqında xatirələrini bölüşəcəklər. Sonra aktrisanın xatirəsinə həsr olunan “Müfəttiş” tamaşası nümayiş etdiriləcək.
Sofa Bəsirzadə ümumilikdə 100-dən çox tamaşada müxtəlif obrazlar yaradıb. “Şərikli çörək”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı” və s. filmlərdə çəkilib.