Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon MKS-nin Mərkəzi kitabxanası tanınmış yazıçı və kinodramaturq, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə ilə oxucuların görüşünü təşkil edib. Tədbir Yasamal rayon Heydər Əliyev Mərkəzinin konfrans zalında keçirilib.
Görüş Natiq Rəsulzadənin yazıçı-jurnalist Marina Mursalova ilə müsahibəsi əsasında keçirilib. Qeyd olunub ki, Natiq Rəsulzadə 30-dan çox kitabın müəllifidir, əsərləri müxtəlif dillərə tərcümə olunub. Onun ssenariləri əsasında “Gecə qatarında qətl”, “Girov”, “Biz qayıdacağıq” və s. filmlər çəkilib.
Görüşdə yazıçı oxucuları maraqlandıran sualları cavablandırıb, kitablarını imzası ilə onlara təqdim edib.
Binəqədi rayon MKS-nin direktoru Rəna Biləndərli görüşə görə yazıçıya təşəkkürünü bildirib.