Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin K.Səfərəliyeva adına 16 nömrəli Uşaq musiqi məktəbi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirib.
Məktəbin şagirdlərinin ifasında “Şur rəngi”, T.Quliyevin “Bakı haqqında mahnı”, Niyazinin “Arzu”, K.Qlyukun “Orfey” operasından ariya, D.Şostakoviçin “Vals şutka”, M.Parcxaladzenin “Qəmgin nəğmə”, M.Şmitsin “Caz notları”, F.Şopenin “Ballada” və digər Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.