Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 14 nömrəli Uşaq musiqi məktəbində Milli Qurtuluş Günü münasibətilə hesabat konserti keçirilib.
Konsertdə Pirallahı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri A.Namazov və digər qonaqlar iştirak ediblər.
Konsertdə məktəb şagirdlərinin ifasında Azərbaycan və xarici bəstəkarların əsərləri səsləndirilib.
Sonda məktəbin direktoru Neymət Mürsəlov çıxış edərək kollektivi təbrik edib. Qabaqcıl müəllimlər və müsabiqələrdə uğurlu çıxışları ilə seçilən şagirdlər mükafat və fəxri fərmanlarla təltif olunub.