Nigeriyanın MİTV kanalının səhər proqramında Azərbaycana həsr olunan veriliş yayımlanıb. Verilişdə Nigeriyada fəaliyyət göstərən Azərbaycanın Dostları Təşkilatının sədri Billurə Bernard iştirak edib.
Proqramda əvvəlcə Azərbaycanın mədəniyyəti, incəsənəti, gəzməli-görməli yerləri haqqında qısa film təqdim edilib.
Billurə Bernard tamaşaçılara rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələr barədə məlumat verib. Bu ilin mart ayında Azərbaycanda səfərdə olmuş nigeriyalı jurnalist Cennifer Gentet ölkəmiz haqqında təəssüratlarını bölüşüb.
Verilişdə, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi barədə məlumat verilib. Bu münasibətlə Laqosun Muson Musiqi Mərkəzində konsert proqramının keçiriləcəyi bildirilib.