Şəki şəhər İ.Nakam adına Mərkəzi kitabxana tərəfindən M.F.Axunzadə adına Mədəniyyət mərkəzində “Muğamat var olan yerdə” mövzusunda tədbir keçirilib. Tədbirdə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısında yer alan muğam sənətimizin zənginliyindən bəhs olunub.
“Qarabağ şikəstəsi”, “Rast”, “Segah”, “Şur”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər” və “Humayun” muğamları səslənib, onlar haqda məlumat verilib. Bədii qiraətçilər muğamlar haqqında şeirlər söyləyiblər.
Muğamları xanəndə, pedaqoq Mobil Məmmədov, Şəki Dövlət Regional Kollecinin tələbəsi Mehin Qarayeva, 4 nömrəli Uşaq musiqi məktəbinin şagirdi Aycan Şükürlü, tarda 3 nömrəli Musiqi məktəbinin müəllimi Sərdar İlyaszadə, kamançada 2 nömrəli Musiqi məktəbinin şöbə müdiri Mina Eminova ifa ediblər.