İyunun 19-20-də Astanada MDB iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının iştirakı ilə keçirilən “MDB-də dialoq - XXI əsrdə humanitar əməkdaşlığın perspektivləri” mövzusunda XIII Forum çərçivəsində ənənəvi “Birlik ulduzları” mükafatının təqdimat mərasimi olub.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Nərgiz Paşayeva elmi və humanitar fəaliyyətinə görə 2017-ci il üçün “Birlik ulduzları” mükafatına layiq görülüb.

Laureatlar sırasında rusiyalı musiqiçi, alt alətində ifaçı, dirijor, SSRİ Xalq artisti Yuri Başmet, Qazax Milli İncəsənət Universitetinin rektoru, Qazaxıstanın Xalq artisti Ayman Musaxacayeva, Qırğızıstan Milli Elmlər Akademiyasının Ç.Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru Abdıldajan Akmataliyev, Tacikistanın Xalq şairi Kosim Nizom və başqaları da var.