AMEA Folklor İnstitutunda Bakıdakı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami əl-Aydi ilə görüş keçirilib.
İnstitutun direktoru, akademik Muxtar Kazımoğlu qonağın Azərbaycan mədəniyyətinin ərəb dünyasına tanıdılması sahəsində xidmətləri, eləcə də Azərbaycan ədəbiyyatı və folkloru ilə bağlı apardığı araşdırmaları, tərcüməçilik fəaliyyəti barədə ətraflı məlumat verib.
Ə.S. əl-Aydi görüş üçün təşəkkür edib, bundan sonra da Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatı haqqında məlumatların ərəb dünyasında yayılması üçün çalışacağını bildirib. O, həmçinin Azərbaycan folklor nümunələrinin ərəbcəyə tərcüməsi, müştərək tədqiqatlar və s. istiqamətlərdə çalışmaq istədiklərini söyləyib.