Barselonada keçirilən beynəlxalq film festivalında azərbaycanlı yaradıcı heyətin təqdim etdiyi “Edam günü” bədii filmi “Ən yaxşı” nominasiyasının qalibi olub. Filmin rejissoru Elşən Heydərov, quruluşçu operatoru Mehdi Yaqubovdur.
Ssenari müəllifi və baş prodüser Cəlaləddin Qasımovun bildirdiyinə görə, “Edam günü” psixoloji trillerində hadisələr sovet dövrünün son illərində həbsxanada baş verir.
“SPP Production”da istehsal edilən və xronometrajı 95 dəqiqə olan ekran əsərində Xalq artisti Sabir Əliyev, Əməkdar artist Rövşən Kərimduxt, habelə Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev və digərləri çəkiliblər.