Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” uşaq studiyası builki mövsümü bağlı elan edib.

Bu münasibətlə keçirilən tədbirdə rusdilli uşaqlardan ibarət studiyanın üzvləri teatrlaşdırılmış rəqs nömrələri nümayiş etdirərək mövsümə yekun vurublar.

Mərasimdə Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri, Əməkdar artist İntiqam Soltan studiyanın rəhbəri Larisa Tarusovanı, xoreoqraf Günəş Talıbovanı və fəal iştirakçıları fəxri fərmanla təltif edib.