Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin şəbəkəsinə daxil olan bir neçə kitabxananın rəhbərliyində yerdəyişmələr olub.
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (M.Ş.Vazeh adına kütləvi kitabxana) direktoru Vəfa Ramiz qızı Quliyeva işdən azad olunaraq Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə (M.Müşfiq adına kütləvi kitabxana) direktor, Lətifə Adil qızı Məmmədova isə Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə direktor vəzifələrinə təyin olunublar.
Elmara Qəzənfər qızı Məcidova Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 saylı filialının direktoru vəzifəsinə təyin edilib.