İyulun 17-də Muzey Mərkəzində görkəmli kinoaktyor və kinorejissor Şahmar Ələkbərovun 75 illiyinə həsr edilən tədbir keçiriləcək.

Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Film Fondu və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə reallaşacaq.

Tədbirdə sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi açılacaq, kino sahəsinin inkişafındakı xidmətlərindən danışılacaq.