Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə birlikdə abidə mühafizəçiləri üçün növbəti səyyar seminar-treninq keçirir.
İyulun 10-da Şəmkir Regional Mədəniyyət İdarəsində başlanan treninqə Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarının 31 nəfər abidə mühafizəçisi qatılıb.
“Tarixi abidələr bu gün və sabah: mühafizə problemləri” mövzusunda səyyar seminar-treninq iyulun 14-dək davam edəcək.
Mərkəzin direktoru Ramazan Şabanov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı Arif Əliyev, Şəmkir Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Sənan Məmmədli tədbirin açılışında iştirak ediblər.
40 saatlıq tədris planı əsasında təşkil olunan seminar-treninqin mövzusu bu sahə üzrə müvafiq qanunvericilik, tarix və mədəniyyət abidələrinin anlayışı və təsnifatı, abidələrin pasportlaşdırılması, siyahıya alınması və s. məsələləri əhatə edir.
Treninqə mütəxəssis kimi AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Xəqani Alməmmədov cəlb olunub.