“Azərkitab” kitab təbliğatı mərkəzinin konfrans salonunda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyinin (İB) ekranlaşdırdığı “Soyqırımı: 100 il” sənədli filminin təqdimatı keçirilib.
İB-nin sədri Büllur Məmmədova layihə barədə məlumat verib. Bildirib ki, film 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımının 100-cü ildönümünə həsr edilib.
Sənədli filmin ssenari müəllifi və rejissoru Etibar Məmmədov vurğulayıb ki, təqdim olunan ekran əsərində arxiv sənədlərindən, Fövqəladə İstintaq Komissiyasına ifadələr vermiş 1918-ci ilin mart-aprel hadisələrinin canlı şahidlərinin sözlərindən istifadə olunub.