“İrs – Gənclərin Maarifləndirmə və Təbliğat Mərkəzi” İctimai Birliyinin Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi layihə əsasında mədəniyyət sahəsi üzrə fəaliyyət göstərən bir sıra müəssisələrin əməkdaşları üçün Vikipediyaya dair təlimlər təşkil edilir.

Təlimlər Vikipediya üzrə mütəxəssislər tərəfindən hazırlanmış GLAM (Galleries, Libraries, Archives, and Museums) şəbəkəsinə daxil olan müəssisələrin hər biri üçün xüsusi proqram əsasında təşkil olunur.

İctimai birlik tərəfindən təlim çərçivəsində keçirilən müsabiqədə qalib gələn iştirakçılar mükafatlandırılacaqlar.