Böyük Britaniyanın Kembric və Kent universitetlərinin birgə xəbər bülleteninin iyul sayında həmin universitetlərin COMPASS layihəsi çərçivəsində keçirilən tədbirlər sırasında Bakı Slavyan Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, professor Rəhilə Qeybullayevanın “Müasir azərbaycanlılar və riayət edilməli qaydalar orta əsrlər eposu aynasında” adlı açıq mühazirəsi xüsusi dəyərləndirilib. Kembric Universitetinin dəvəti ilə baş tutan mühazirədə toxunulan problemlər Azərbaycan folklorunun şah əsəri “Kitabi-Dədə Qorqud” dastanının mətninə istinadən şərh olunub.
Professor Rəhilə Qeybullayevanın dünyanın müxtəlif universitetlərində Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı oxuduğu mühazirələr daim maraqla qarşılanır.