Mədəniyyət Nazirliyinin kitab və mütaliənin təbliği sahəsində uğurlu layihələrindən olan “Açıq kitabxana”ya Ağdaş Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən kitabxanalar da qoşulub.
İyulun 5-də Ağdaş şəhərindəki Heydər Əliyev adına parkda keçirilən “Açıq kitabxana” layihəsinin növbəti tədbiri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.
Rayon Mərkəzi kitabxanası və filiallar tərəfindən təşkil edilmiş sərgilərdə uşaqlar üçün kitablar, Cümhuriyyətin 100 illiyinə həsr olunmuş nəşrlər – bütövlükdə 100 addan çox müxtəlif mövzularda kitab nümayiş olunub.
“Açıq kitabxana” layihəsi kitabxanalara yeni oxucu cəlb edilməsi cəhətdən də münasib tədbirdir. Həmin gün rayon kitabxanalarına 70-ə yaxın yeni oxucu üzv yazılıb.