Yanvarın 24-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyində Almaniya və Fransanın Bakıdakı səfirliklərinin birgə təşkilatçılığı ilə keçirilən “Alman-Fransız mədəniyyət günləri” çərçivəsində Vim Vendersinin “Pina” filmi nümayiş olundu.
   Alman rejissorun sənədli filmi 2011-ci ildə istehsal edilib və müasir rəqslər üzrə xoreoqraf Pina Bauş (Bausch) haqqındadır. Ekran əsəri 61-ci Berlin beynəlxalq film festivalında müsabiqədənkənar nümayiş olunub.
   Maraqlı bir məqam odur ki, filmin hazırlıqları zamanı xoreoqraf gözlənilmədən vəfat edib və rejissor filmin istehsalını dayandırıb. Lakin digər rəqqasların təkidi ilə film çəkilərək başa çatdırılıb.
   Filmdə xoreoqraf Pinaya məxsus modern balet rəqsləri elementlərindən ibarət tamaşalar geniş yer alır. Məşq prosesi, bu sənətin çətinlikləri təsvir olunur. Film dörd hissədən ibarətdir və hər hissədə xoreoqrafın yaradıcılığı göstərilir. 

   Reyhan