İyulun 17-də Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Film Fondu və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə Muzey Mərkəzində görkəmli kinoaktyor, rejissor, Xalq artisti Şahmar Ələkbərovun anadan olmasının 75 illiyinə həsr edilmiş xatirə tədbiri keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Xalq artisti Əminə Yusifqızı, Əməkdar artist Elxan Qasımov və digər çıxış edənlər unudulmaz sənətkarla bağlı xatirələrini bölüşüb, onun zəngin sənət dünyasından söz açıblar.

Tədbir barədə növbəti sayımızda ətraflı yazı dərc olunacaq.