İstanbulda 35-ci Beynəlxalq uşaq geyimi və aksesuarlar sərgisi (İstanbul Kids Fashion) açılıb.
İyulun 20-dək davam edəcək sərgidə dünyanın bir sıra ölkələrindən 200-ə yaxın aparıcı uşaq geyimi istehsalçılarının məhsulları təmsil olunur.
Tədbirin təşkilatçısı “UBM ICC” şirkətinin nümayəndəsi Xədicə Dinçerin sözlərinə görə Rusiya, Azərbaycan, Qırğızıstan, Türkmənistan, Ukrayna, Özbəkistan, Misir, Tunis, Səudiyyə Ərəbistanı, Əlcəzair, İordaniya, Mərakeş, habelə Balkan və Yaxın Şərq ölkələrindən olan sahibkarlar sərgiyə xüsusi maraq göstəriblər.