“Art Tover” rəsm qalereyasında “Yay festivalı 2018” çərçivəsində gənc rəssam İlahə Qəribovanın növbəti rəsm sərgisi açılıb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və “Arts Council Azerbaijan” təşkilatının dəstəyi ilə reallaşan sərgidə müəllifin müxtəlif mövzulu 30-dan artıq əsəri nümayiş edilir. Sərgi bir həftə ziyarətçilər üçün açıq olacaq.