Xəbər verildiyi kimi, Türkiyə-Azərbaycan Media Forumunda iştirak etmək üçün Türkiyənin Qəzetçilər Birliyi və Anadolu Yayımçılar Dərnəyinin təşkilatçılığı ilə bu ölkənin bir qrup jurnalisti Azərbaycana gəlib. Türkiyəli jurnalistlər Prezident Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşüb.

Görüşdə Əli Həsənov Azərbaycanda son zamanlar yaşanan proseslərdən, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu nəticələrindən, Azərbaycanın ötən 15 ildəki inkişafından, iqtisadi, siyasi, sosial sahələrdə görülən işlərdən, qardaş ölkələrimizin liderliyi ilə həyata keçirilən “Cənub Qaz Dəhlizi” layihəsindən, onun region və Avropa ölkələrinin enerji təhlükəsizliyinə töhfəsindən danışıb, türkiyəli jurnalistlərin suallarını cavablandırıb.