Türkiyənin Niğdə bölgəsindəki Kınık Höyükdə aparılan arxeoloji qazıntı işlərində eramızdan əvvələ aid, təxminən 2100 yaşı olan məbəd aşkarlanıb.

Altunhisar rayonuna bağlı Yeşilyurt kəndi yaxınlığındakı Kınık Höyükdə davam edən qazıntı işlərində İtaliya və Türkiyə arxeoloqları birgə çalışır.

Arxeoloji qrupun rəhbəri, Nyu-York Universitetinin müəllimi, professor Lorenzo Dalfonzo deyib: “Təxminən iki il əvvəl Fars dövrünə aid 2500 yaşlı məbədin olduğu təpədə axtarışları yenə davam etdirdik. Bu dəfə qədim yunan dövrünə aid 2100 illik məbəd ortaya çıxardıq”.

M.SULTANOVA,
Ankara