Türkiyənin Ərzurum şəhərində “Türk dili yay məktəbi” təşkil olunub. Layihəyə 17 ölkədən türk dilini öyrənən 24 nəfər gənc qatılıb.

Qonaq tələbələr üçün dərs kursları ilə yanaşı, təbiət qoynunda piknik də təşkil edilib, onlar bölgə mətbəxinin ləzzətlərini dadıblar.

Qeyd edək ki, Türkiyə türkcəsində yay məktəbi layihəsi Atatürk Universiteti və Yunus Əmrə İnstitutunun birgə əməkdaşlığı ilə həyata keçirilir. Layihə çərçivəsində xarici tələbələr bu dəfə Ərzurumu tanıma imkanı qazanıblar. Onlar 5 avqusta qədər burada qalacaqlar.

M.SULTANOVA,
Ankara