Aşıqlar Birliyinin layihəsi tamamlanmaq üzrədir

Azərbaycan Aşıqlar Birliyində “Koroğlu havaları” vətənçilik, dövlətçilik və qəhrəmanlıq düşüncəsini daşıyan milli-mədəni dəyərlər kimi” layihəsi üzərində işlər tamamlanmaq üzrədir.

Birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu deyib ki, layihə üzrə işlərin çoxu həyata keçirilib. “Koroğlu havaları” ilə bağlı klassik ustadların ifaları dinlənilərək müzakirə olunub, onların çağdaş aşıqların repertuarında yenidən səsləndirilməsi məqsədəuyğun bilinib. Respublikamızın müxtəlif guşələrində yaşayan istedadlı aşıqların arasında seçim aparılıb. “Koroğlu havaları”nın ən yaxşı ifaçısı olan aşıqlar seçilərək onların ifasında qəhrəmanlıq ruhunda olan aşıq havaları lentə alınıb. Təqdim olunacaq CD albomda 15-dən çox aşıq havası yer alacaq.