Məşhur Amerika kinorejissoru Stenli Kubrikin (1928-1999) itmiş ssenarisi tapılıb.
Kubrikin ssenarisini bu sahə üzrə ekspert, professor Natanom Abrams aşkar edib. O, 100 səhifəlik ssenarinin Kubrik tərəfindən 60 il əvvəl tanınmış alman yazıçı Stefan Svayqın “Dəhşətli sirr” hekayəsi əsasında yazıldığını bildirib: “Bu, əməlli-başlı ssenaridir, film çəkilişləri üçün tam başa çatıb. Müasir kinematoqrafçılar üçün materialdır”.
Qeyd edək ki, Stenli Kubrik filmlərində daha çox tarixi və fantastik mövzulara müraciət edib, onların əksəriyyətinin ssenarisini özü yazıb. “Spartak”, “Parıltı”, “Qətl”, “Lolita”, “Kosmik odisseya 2001” və s. filmləri xüsusilə məşhurdur. Sonuncu filmi (“Geniş bağlanmış gözlərlə”) 1999-cu ildə çəkilib.