Qazaxıstandakı hava yolu şirkətində stüardessa olaraq çalışan Janar Şıngısbayeva Türkiyədən olan sərnişinlərə iki ildir türkcə xidmət göstərir.
Qazaxıstandakı Lev Qumilyov adına Avrasiya Milli Universitetinin İqtisadiyyat fakültəsindən turizm ixtisası üzrə məzun olan 25 yaşlı Şıngısbayeva Astana Yunus Əmrə Mədəniyyət Mərkəzində türkcəni öyrənib.
Daha çox İstanbul reyslərində işləyən stüardessanın sərnişinlərlə təmiz türkcədə danışması xüsusi rəğbətlə qarşılanır.
Şıngısbayeva universitetdə oxuduğu illərdə Astanadakı Yunus Əmrə Mədəniyyət Mərkəzində kursda Türkiyə tükcəsini mükəmməl öyrəndiyini deyir: “Türkcəni çoxdan öyrənmək istəyirdim. Bu dili özümə yaxın hiss etdim. Eyni köklərdən gəlirik. Mədəniyyətimiz, dinimiz, dilimiz eynidir”.
MEHPARƏ
Ankara