Avqustun 3-də Fransanın Azərbaycandakı səfirliyi Bakıdakı Fransız İnstitutu və “Landmark Hotel Baku”nun birgə təşkilatçılığı ilə ölkənin tanınmış sənətkarlarının iştirakı ilə yeni layihəyə başlayır.
Səfirlikdən bildirilib ki, “Mənim fransız filmim” layihəsi çərçivəsində ölkənin sevilən sənət adamları, “Landmark”ın səmaya açıq terrasında nümayiş ediləcək fransız filmləri haqqında təəssüratlarını bölüşəcəklər.
Layihənin ilk qonağı Əməkdar artist Firdovsi Atakişiyevdir. Qonaqlar əvvəlcə M.Xanekenin “Məhəbbət” (Kann festivalının “Qızıl palma budağı” mükafatı, 2012) filmini izləyə biləcək. Film ingilis dilində altyazı ilə nümayiş olunacaq.