Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mədəniyyət evləri Direktorlar şurasının təşkilatçılığı ilə Ədliyyə Nazirliyinin N saylı hərbi hissəsində vətənpərvərlik mövzusunda tədbir keçirilib.

İdarədən bildirilib ki, müğənni Elnur Məmmədov şən mahnılardan ibarət konsert proqramı ilə çıxış edib. Onun ifaları əsgərlərdə xoş əhval-ruhiyyə yaradıb.

Hərbi hissənin rəhbərliyi tədbirə görə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə təşəkkürünü bildirib.