Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin Xalq Azadlıq Ordusunun yaranmasının 91-ci ildönümünə və Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunan elmi seminar keçirilib.
“Azərbaycan və Çinin qədim hərbi sənəti” mövzusunda seminarda Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru, professor Rafiq Abbasov iki ölkənin hərbi-siyasi əməkdaşlığından bəhs edib.
ADU-nun Təchizat şöbəsinin müdiri Vahid Əliyev Azərbaycan Silahlı Qüvvələrinin tarixi barədə danışıb.
Sonra Konfutsi İnstitutunun əməkdaşları Əfsanə Balayeva və Nigar Qocayeva qədim Çin fəlsəfə məktəbi – “Müharibə sənəti” və “Otuz altı stratagema” traktatları barədə məlumat veriblər.
Tədbirdə Çinin ölkəmizdəki səfirliyinin hərbi attaşesi Çjan Tsunqo da iştirak edib.