Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Nəbatat bağında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Coğrafi informasiya sistemləri (CİS) məktəbi” layihəsi çərçivəsində təlim təşkil edilib. Təlim “Çöl tədqiqatlarında GPS cihazlarından istifadə və səmt müəyyənetmə” mövzusuna həsr olunub.
Əvvəlcə iştirakçılara nəbatat bağının canlı kolleksiyası və burada aparılan tədqiqat işləri haqqında məlumat verilib. İştirakçılar qruplara bölünüb, onlar üçün GPS naviqatorun iş prinsipi, növləri, istifadə oluna biləcək sahələr, koordinat təyini, seçilmiş koordinat nöqtələrinə GPS ilə getmə üzrə nəzəri və praktiki məşqlər keçirilib.