Kino xadimlərinə Prezidentin fərdi təqaüdləri və fəxri adlar verilib
Prezident İlham Əliyevin avqustun 1-də imzaladığı sərəncamla Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Balayev Rasim Əhməd oğlu, Mustafayev Vaqif Behbud oğlu “Şərəf” ordeni ilə, Əzizbəyli Ramiz Hacı Ağa oğlu, Quliyev Rafiq Səfər oğlu “Şöhrət” ordeni ilə, Quliyev Cəmil Elşad oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, eləcə də kino sahəsində çalışan bir qrup şəxs “Tərəqqi” medalı ilə təltif edilib.
***
Prezident İlham Əliyev avqustun 1-də Azərbaycan kino xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan kino sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Əbluç Ənvər Abasqulu oğlu, Qəmbərov Rəfail Əliyeviç və Məmmədov Böyükağa Zeynal oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Dövlət başçısı avqustun 1-də həmçinin Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı kino xadimlərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında sərəncam imzalayıb:
“Xalq artisti”
Həsənov Ənvər Cəfər oğlu
İsmayılov Qurban İbrahim oğlu
Mahmudov Abduləhəd Əlisa oğlu
Məmmədrzayev Pərviz Müzəffər oğlu
Zəki Mehriban Mürvət qızı
“Əməkdar incəsənət xadimi”
Abbasov Adil Möhsün oğlu
Rəfiyev Bağır Cəbrayıl oğlu
“Əməkdar artist”
Hadıyev Cavanşir Rüfət oğlu
Kərimov Elnur Umbay oğlu
“Əməkdar mədəniyyət işçisi”
Əliyev Orman Çingiz oğlu
Həsənov Müsəllim Qaman oğlu
Məlikova Almaz Cavanşir qızı
Məmmədov Cahangir Tokay oğlu
Məmmədov Nəriman Kamileviç
Rəcəbli Aysel Emil qızı
Şeydayev Elman Dadaş oğlu.