Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Ə.Sabir adına şəhər Kütləvi kitabxanasında 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Kitabxananın direktoru A.Kərimova əlamətdar gün münasibətilə əməkdaşları təbrik edib, ana dilimizi qorumaq yolunda kitabxanada bir çox işlər görüldüyünü bildirib. Qeyd edib ki, silsilə olaraq şeir müsabiqələrinin təşkili zamanı nitq mədəniyyətinə xüsusi diqqət yetirilir.

Həmçinin diqqətə çatdırılıb ki, kitabxanadakı “nağıl otağı”nda ana dilimizdə cizgi filmləri və dilimiz haqqında videoçarxlar daim nümayiş olunur.